Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Aşura mərasimlərində qan çıxartmanın, insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib.
"Report"un məlumatına görə, QMİ-nin təşkil etdiyi qanvermə aksiyası zamanı jurnalistlərə danışan A.Paşazadə bildirib ki, insanlar ibadətlərini bu cür etməli deyillər:
"Belə mərasimlərdə qan çıxartmaq, özünə zərər vermək qəbuledilməzdir. İnsanlar ibadətlərini bu cür etməli deyillər",-deyə A.Paşazadə vurğulayıb.
O bildirib ki, bu cür ayinlərin yerinə qanvermə aksiyalarında fəallıq göstərmək daha məqsədəuyğundur: "Ölkəmizdə qanvermə aksiyaları keçirilir. Mən insanları belə əməllərə dəvət edirəm".