Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşür.
Din
15 Avqust , 2024 17:16
Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 16-sı Portuqaliyaya, 18-i isə Braziliyaya səfər edəcək.

QMİ-dən "Report"a verilən məlumata görə, A.Paşazadə Portuqaliyada Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

QMİ sədrinin Braziliya səfərinin məqsədi isə Braziliyanın paytaxtı Braziliya şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.

Bildirilib ki, səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir. A.Paşazadə “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda çıxış edəcək.

QMİ-nin məlumatında qeyd edilib ki, Allahşükür Paşazadə G20 çərçivəsində Dinlərarası Forumların daimi iştirakçısıdır və bugünədək baş tutan Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində fəal iştirak və çıxış edib.

Son xəbərlər

Orphus sistemi