Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq

Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.
Din
11 Oktyabr , 2021 11:57
Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiyada səfərdə olacaq.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcək. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

Son xəbərlər

Orphus sistemi