Dünya və ənənəvi dinlər liderlərinin VII qurultayı 2022-ci ilin 14-15 sentyabrında Nur-Sultan şəhərində keçiriləcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Senatının sədri Mövlan Əşimbayev qurultay katibliyinin XIX iclasında bildirib.
Qeyd edək ki, qurultay Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən etibarən Qazaxıstan paytaxtında üç ildən bir keçirilib, 2021-ci ildə isə pandemiya ilə bağlı təxirə salınıb.