Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması mülki, inzibati və cinayət məsuliyyəti yaradır.
“Report” xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.
Qanunun 30-cu maddəsinə edilən dəyişiklikdə məsuliyyətin növləri konkretləşib.
Layihəyə əsasən, bu qanunun tələblərini pozan şəxslər Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.