Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə bölgənin 5 rayonunun icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar şöbələrinin müdir müavinləri dini qurumlarla işin təşkilatçılarının iştirakı ilə "Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu" adlı vebinar təşkil olunub.
DQİDK-dan "Report"a verilən məlumata görə, komitənin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev vebinarda çıxış edərək Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər, atılan addımlar və qarşıya qoyulan pioritet məsələlərdən bəhs edib.
Digər vebinar iştirakçıları da çıxışları zamanı bildiriblər ki, milli dövlətçiliyin, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı çalışdıqları rayonların ərazilərində planlı şəkildə işlər icra edir, əhali ilə mövcud qaydalara uyğun şəkildə tədbirlər təşkil edirlər.
Sonda mövzu ilə əlaqədar tədbirlərin daha tez-tez keçirilməsinin məqsədə müvafiq olduğunu vebinar iştirakçıları xüsusi vurğulayıblar.