Dini Komitənin sədri Lənkəranda vətəndaş qəbulu keçirib

Dini Komitənin sədri Lənkəranda vətəndaş qəbulu keçirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəran rayonunda vətəndaşları qəbul edib.
Din
21 Oktyabr , 2024 17:06
Dini Komitənin sədri Lənkəranda vətəndaş qəbulu keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəran rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatı, dini təhsil, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi