Dünya və ənənəvi din liderlərinin VII Qurultayı yekun bəyannamə qəbul edib

Dünya və ənənəvi din liderlərinin VII Qurultayı yekun bəyannamə qəbul edib Dünya və ənənəvi din liderlərinin VII Qurultayı 35 maddədən ibarət yekun bəyannamə qəbul edib.
Din
15 Sentyabr , 2022 14:29
Dünya və ənənəvi din liderlərinin VII Qurultayı yekun bəyannamə qəbul edib

Dünya və ənənəvi din liderlərinin VII Qurultayı 35 maddədən ibarət yekun bəyannamə qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Qazaxıstan KİV yayıb.

Bildirilib ki, bəyannaməni qurultayın bağlanışında Böyük Britaniyadan olan anqlikan kilsəsinin nümayəndəsi, Dorkinq yepiskopu Co Beyli Uells oxuyub. Bəyannamə qurultay iştirakçılarının çoxu tərəfindən qəbul edilib. Sənəd BMT Baş Assambleyasının 77-ci sessiyasında rəsmi sənəd kimi yayılacaq.

Bəyannamədə din xadimləri ekstremizm, darikalizm, terrorçuluq və zorakılığın başqa formalarına qarşı çıxış etdiklərini vurğulayıblar. Sənəddə insanlıq naminə sülh və dinc yanaşı yaşamağın vacibliyi qeyd olunub.

Bəyannamədə vurğulanıb ki, VIII qurultayın 2025-ci il sentyabrın 14-15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilməsinə dair razılıq əldə olunub.

Xatırladaq ki, VII qurultayda 50 ölkədən 100-ə yaxın nümayəndə iştirak edib.

Son xəbərlər

Orphus sistemi