Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ziyarətgahda qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də iştirak edib.
Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.