Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır.
Din
16 Oktyabr , 2024 12:03
Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
Gündüz İsmayılov

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu islam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir: "Həm Azərbaycan İlahiyyat İnstitutunda, həm də Kollecində məzhəbüstü təhsil həyata keçirilir. Yəni hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Eyni zamanda Azərbaycanda dini təhsilin bütün pillələri pulsuzdur. Azərbaycanda yaşayan hər iki məzhəbin nümayəndələrinə təhsil sahəsində yetərincə diqqət və qayğı göstərilir".

G.İsmayılov İnstitutun təhsilə verdiyi töhfələrdən də danışıb: "Azərbaycan İlahiyyat İnstitutunun qısa bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq, burada Türkiyə və Gürcüstandan da tələbələr təhsil alırlar. Eyni zamanda Qazaxıstan və Özbəkistanla tələbə mübadiləsi həyata keçirilir. Bu yaxınlarda iki tələbəmiz təhsil almaq üçün Malaziyaya göndərildi".

Son xəbərlər

Orphus sistemi