Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlar, həmçinin ləğv edilmiş dini qurumların əmlak məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) dövlət reyestrinə daxil ediləcək.