Azərbaycanda bir sıra böyük beynəlxalq tədbirlərin keçirilməsi ölkənin beynəlxalq əməkdaşlıq və etimad mühitinin yaradılması, eləcə də qorunub saxlanılmasında uğurlarından xəbər verir.
“Report” xəbər verir ki, bu barədə Bütün Gürcüstanın Katolikos-patriarxı II İliyanın Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətində bildirilib.
"Gürcüstan COP29 iqlim konfransının Azərbaycanda keçirilməsini alqışlayır. Qonşu və dost ölkə olan Azərbaycan tolerant ənənələri və multikultural dəyərləri ilə tanınır. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkə sivilizasiyalararası və dinlərarası dialoqa dair əhəmiyyətli qlobal tədbirlərin ev sahibi olub. Bu da Azərbaycanın beynəlxalq qarşılıqlı əməkdaşlıq və etimad mühitinin yaradılması, eləcə də təmin edilməsi məsələsində uğurlarından xəbər verir", - o bildirib.
Katolikos-patriarx II İliya, həmçinin Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin səmərəli olacağına və gələcək iqlim istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcəyinə ümidvar olduğunu bildirib.