Məscidlərdə nəzarət komissiyaları yaradılıb - VİDEO

Məscidlərdə nəzarət komissiyaları yaradılıb - VİDEO Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Belə ki, məscidlərdə eyni vaxtda 50 nəfərdən çox olmamaqla ibadət etmək mümkün olacaq.
Din
10 İyun , 2021 18:20
Məscidlərdə nəzarət komissiyaları yaradılıb - VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Belə ki, məscidlərdə eyni vaxtda 50 nəfərdən çox olmamaqla ibadət etmək mümkün olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli "Report"a açıqlamasında bildirib ki, axundu olduğu İçərişəhər Cümə məscidi səhər saatlarından - sübh namazından vətəndaşların üzünə açıqdır: "Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn tələblər məscidə gələn hər kəsin diqqətinə çatdırılıb".

Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli

"Şükürlər olsun ki, bu gündən bütün məscidlərin fəaliyyətinə icazə verilib. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. Ara məsafələrinə xüsusi fikir veririk, məscidə gələnlərin hərarətləri yoxlanılır. Burada üç nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Bu gün hansısa neqativ hadisə baş vermədi. Ümid edirik ki, sabah cümə namazında da eyni vəziyyəti görə biləcəyik", - o qeyd edib.

Hacı Surxay Məmmədli deyib ki, namaz qılındıqdan sonra məscidin daxili dezinfeksiya edilir.

Qeyd edək ki, insanlar ibadət üçün məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə isə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz bitdikdən sonra məscidi tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarla cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Son xəbərlər

Orphus sistemi