"Azərbaycanda bütün dinlərə və inanclara hörmət var".
“Report”un xəbərinə görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan hökuməti sülh və əminamanlıq axtarışındadır: “Biz qlobal sülhə dəstək verən bütün layihələri dəstəkləyirik”.