Allahşükür Paşazadə: “Qazaxıstanda və Azərbaycanda multikulturalizmin inkişafı təmin edilib”

Allahşükür Paşazadə: “Qazaxıstanda və Azərbaycanda multikulturalizmin inkişafı təmin edilib” Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb.
Din
18 Avqust , 2022 11:54
Allahşükür Paşazadə: “Qazaxıstanda və Azərbaycanda multikulturalizmin inkişafı təmin edilib”
Allahşükür Paşazadə

Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb.

“Report” xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 14-15 sentyabrda Qazaxıstanda keçiriləcək dini liderlərin VII qurultayına ünvanladığı məktubunda yer alıb.

Onun sözlərinə görə, dini, siyasi, elmi və ictimai xadimlər VII Qurultayda həmrəylik nümayiş etdirərək yekun sənəddə terrorun bütün forma və təzahürlərini, nifrət və ksenofobiyaya çağırışı, dindən şəxsi və siyasi məqsədlər üçün istifadə edilməsini, həmçinin kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər dini məbədlərdə inanclı şəxslərə qarşı ekstremizm aktlarını kəskin şəkildə pisləyəcək, dini simvolların və müqəddəs yerlərin təhqir olunmasına qarşı etiraz səsini ucaldacaqlar.

A.Paşazadə məktubunda ənənəvi dünya dinlərinin təmsilçilərinin, dövlət xadimlərinin və ictimai xadimlərin bütün dünyada sülh və əmin-amanlığın təmin edilməsinə yönəlmiş səylərinin yekun məqsədi olan missiyanı yüksək səviyyədə həyata keçirdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə öz dərin minnətdarlığını bildirib.

O, Azərbaycan və Qazaxıstanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri dərinləşdirilmək üçün geniş imkanlara malik olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi