“Ermənilər öz torpağımıza getdiyimizə görə də öz narazılıqlarını bildirdilər. Əlbəttə, bu, düzgün deyildi”.
“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.
“Biz inanırıq ki, dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır. İllərlə yuxuda gördüyümüz, dualarını etdiyimiz Qarabağ torpaqları azaddır. Allah da bu yuxularımızı çin etdi”, - QMİ sədri bildirib.
Allahşükür Paşazadə vurğulayıb ki, qələbəyə nail olmaq üçün Türkiyə və İranın böyük zəhməti olub: “Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə ola bilməzdi”.