QMİ sədri multikultural perspektivlərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib

QMİ sədri multikultural perspektivlərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfransın iştirakçılarını iqamətgahında qəbul edib.
Din
19 May , 2022 19:46
QMİ sədri multikultural perspektivlərlə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfransın iştirakçılarını iqamətgahında qəbul edib.

"Report" xəbər verir ki, qəbulda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru U.Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları iştirak ediblər.

QMİ sədri çıxışında bugünkü konfransın məhsuldar və uğurlu keçdiyini bildirib. O qeyd edib ki, Azərbaycan multikultural ənənələr diyarı, dünyaya öz multikultural həyat modelini təqdim edən qabaqcıl dövlətdir: "Azərbaycan dövləti multikulturalizmi dövlət siyasəti kimi həyata keçirir və dövlət rəhbərimiz bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisidir. Biz də din xadimləri olaraq, bu prosesə öz töhfəmizi veririk".

"Alternativi olmayan dinc birgəyaşayış, sülh, əmin-amanlıq, tərəqqi formulu olan multikultural həyat tərzimizlə fəxarət duyuruq və bütün dünyaya təqdim etmək üçün hər bir fürsətdən məmnunuq. Əminəm ki, bugünkü konfrans dünyada sülh və qarşılıqlı anlaşma mühitinin təmin olunması işinə öz layiqli töhfəsini verəcək", - QMİ sədri deyib.

Qəbuldan sonra qonaqların şərəfinə ziyafət verilib.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.

Son xəbərlər

Orphus sistemi