Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün də mühüm mərkəzə çevrilib.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat və Təzəpir Məscidini ziyarəti zamanı orada fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.
Dövlət Komitəsinin sədri din xadimləri ilə görüşdə Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərləriminin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsindən danışıb. Qeyd edib ki, Azərbaycan dövləti minillikləri əhatə edən tarixə malik mütərəqqi ənənələrimizi layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır.
Dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasına diqqət çəkən Ramin Məmmədov bildirib ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün də mühüm mərkəzə çevrilib. Bəşəriyyətin mədəni irsinin qorunmasına, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verən, insanları mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə təşəbbüsləri dünyada yüksək qiymətləndirilir.
Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin böyük əhəmiyyətə malik olduğunu bildirən din xadimləri xalqımıza xas mənəvi dəyərlərin təbliğində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər. Ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, din xadimlərinin dövlətin qayğısı ilə əhatə edilməsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edilib ki, görüşdə din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.