Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur" "Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır"
Din
11 May , 2021 12:21
Şeyx: Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur

"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır".

"Report"un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi