Ucarda Xocalı soyqırımının ildönümü ilə bağlı din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Ucarda Xocalı soyqırımının ildönümü ilə bağlı din xadimlərinin iştirakı ilə tədbir keçirilib Ucar rayonunda Xocalı soyqırımının 31-ci il ildönümü ilə əlaqədar din xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Din
23 Fevral , 2023 14:53
Ucarda Xocalı soyqırımının ildönümü ilə bağlı din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Ucar rayonunda Xocalı soyqırımının 31-ci il ildönümü ilə əlaqədar din xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, eləcə də Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ucar şəhər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz ruhlarını ehtiramla yad edib dualar oxuyublar. Tədbir daha sonra Ucar şəhəri Cümə məscidində davam edib.

Çıxış edənlər Xocalı soyqırımından söz açıb və şəhidlik zirvəsinin mahiyyətindən danışıblar.

Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

Eləcə də qardaş Türkiyədə baş verən zəlzələ qurbanları və Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hadisəsi zamanı qəhrəmancasına həlak olan Orxan Əsgərovun da ruhları üçün müqəddəs Qurani-kərimdən ayələr oxunub.

Sonda ehsan süfrəsi təşkil olunub.

Qeyd edək ki, tədbirin sonunda Xocalı soyqırımını özündə əks etdirən videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi