ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiç DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda İran yığması ilə oyundan (1:0) başa çatdıqdan sonra müayinə üçün xəstəxanaya aparılıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs bildirib.
Futbolçu bu görüşdə qələbə qolunun müəllifi olub. Qolun vurulduğu epizodda o, qapıçı ilə toqquşma nəticəsində zədələnərək görüşün fasiləsində əvəzlənib.
Pulişiç mədəsindən zədə alıb və müayinə üçün xəstəxanaya göndərilib.
Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.
Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.