Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən milli şənliklər zamanı daha bir azarkeş dünyasını dəyişib.
“Report” xəbər verir ki, 24 yaşlı gənc evin damından yıxılaraq ölümcül xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən bir gün sonra xəstəxanada ölüb.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu olub.
Argentinanın paytaxtı Buenos-Ayresdə milli komandanın dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən şənlik zamanı bir azarkeş dünyasını dəyişib.
"Report"un "Daily Mail" nəşrinə istinadən məlumatına görə, hadisə Baiya-Blanka yaxınlığında baş verib. Yığmanın qələbəsini qeyd edən 22 yaşlı fanat boynuna bağladığı bayrağın motosikletin təkərinə ilişməsindən sonra boğularaq ölüb.
Qeyd edək ki, Qətərdə keçirilən mundialın finalında Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu olub.