Buenos-Ayresdə Argentinanın milli futbol komandasının Qətərdə keçirilmiş Dünya Kubokunu qazandıqdan sonra qayıtması münasibətilə keçirilən bayram tədbirləri zamanı 30-dan çox insan xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyinə istinadən “La Nacion” qəzeti məlumat yayıb.
Bildirilir ki, həkimlər 31 nəfərə yardım edib. Zərərçəkənlərin əsas xəsarətləri yıxılma və ya kəsilməklə bağlı olub.
Həmçinin, yerli polisin məlumatına görə, “911” xidmətinə tibbi yardım və ya itkin düşmüş şəxslərlə bağlı 795 müraciət daxil olub.
Qeyd edək ki, Qətərdə keçirilmiş DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.