Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb.
"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, polis həmin şəxsləri Obeliks abidəsinə girdikləri üçün tutub.
Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina seçməsi tarixində 3-cü dəfə titula sahib çıxıb.