Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.
“Report”un məlumatına görə, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.
DÇ-2022
Final
18 dekabr
19:00. Argentina - Fransa
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu