Bu gün - dekabrın 20-də Argentinada istirahət günü elan edilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, yerli hökumət milli Qətərdəki dünya çempionatını qazandığı üçün bu addımı atıb.
Sakinlərin komanda üzvləri ilə görüşüb qələbəni qeyd etmələri üçün şərait yaradılıb. Bakı vaxtı ilə saat 11:00-da paytaxt Buenos-Ayresdə yığmanın paradı başlayacaq.
Qeyd edək ki, "tanqoçular" DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edib. Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.