DÇ-2022: İsveçrə millisi Kameruna qalib gəlib

DÇ-2022: İsveçrə millisi Kameruna qalib gəlib Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
24 Noyabr , 2022 15:56
DÇ-2022: İsveçrə millisi Kameruna qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

15:10

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 48-ci dəqiqədə fərqlənən Bril Embolo Avropa təmsilçisini önə keçirib.

15:06

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyununda ikinci hissə hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

14:48

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

14:00

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

13:22

Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas

Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi