DÇ-2022: Qətər millisi mundiallar tarixində ilk qolunu vurub

DÇ-2022: Qətər millisi mundiallar tarixində ilk qolunu vurub Futbol üzrə Qətər millisi dünya çempionatları tarixində ilk qolunu vurub.
Dünya Çempionatı - 2022
25 Noyabr , 2022 19:53
DÇ-2022: Qətər millisi mundiallar tarixində ilk qolunu vurub

Futbol üzrə Qətər millisi dünya çempionatları tarixində ilk qolunu vurub.

"Report"un məlumatına görə, Asiya təmsilçisi ev sahibliyi etdiyi mundialda Seneqala 1:3 hesabı ilə uduzduqları A qrupunun II tur oyununda fərqlənib.

Yığmanın tarixi qolunun müəllifi isə Məhəmməd Muntari olub. 29 yaşlı hücumçu qarşılaşmanın 78-ci dəqiqəsində topu rəqib qapısından keçirib.

Qeyd edək ki, Qətər yığması qrupun ilk matçında Ekvadora 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi