Lionel Messi Niderland millisinin futbolçusunu təhqir edib

Lionel Messi Niderland millisinin futbolçusunu təhqir edib 35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib
Dünya Çempionatı - 2022
10 Dekabr , 2022 09:15
Lionel Messi Niderland millisinin futbolçusunu təhqir edib

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.

"Report"un məlumatına görə, "TyC Sport"un canlı efirində iki oyunçu arasında insident yaşanıb.

35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.

Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib - 4:3.

Son xəbərlər

Orphus sistemi