Qaret Sautgeyt futbol üzrə İngiltərə millisindən ayrıla bilər.
"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssis bu barədə "BBC Sport"a açıqlama verib.
O bildirib ki, hər şeyi düşünüb doğru qərar vermək üçün vaxt lazımdır: "Belə turnirlər sizdən çox enerji alır. İstəmirəm ki, 4-5 ay sonra səhv seçim etdiyimi düşünüm. Bu, hamımız üçün çox əhəmiyyətli bir şeydir".
Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ilin sentyabrından İngiltərə millisinə başçılıq edir. Böyük britaniyalılar təcrübəli mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.