Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar müəllim Musa Quliyev vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Musa Nizam oğlu Quliyev 1939-cu ilin mayın 20-də Masallı rayonunun Xıl kəndində anadan olub.
M.Quliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru olub.