Mir Cəlal adına IV hekayə müsabiqəsi elan olunub, qalibə 3 000 manat veriləcək

Mir Cəlal adına IV hekayə müsabiqəsi elan olunub, qalibə 3 000 manat veriləcək "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edib. Gələn ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.
Ədəbiyyat
31 Oktyabr , 2023 14:20
Mir Cəlal adına IV hekayə müsabiqəsi elan olunub, qalibə 3 000 manat veriləcək

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu noyabrın 1-dən etibarən Mir Cəlal adına IV hekayə müsabiqəsi elan edir.

"Report" xəbər verir ki, gələn ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

Bildirilib ki, Mir Cəlal adına IV hekayə müsabiqəsinin şərtləri dəyişməz olaraq qalır. Belə ki, müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1 500 sözdən çox olmamalı, yeni olmalı (əvvəllər çap və ya elektron şəkildə yayılmamalı), müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməlidir. Hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2024-cü il aprelin sonunda yekun vurulacaq. Mükafat fondu 1-ci yer üçün 3 000 AZN, 2-ci yer üçün (2 nəfər) 2 000 AZN və 3-cü yer üçün (3 nəfər) 1 000 manat AZN nəzərdə tutulub.

2017-ci ildə təsis edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər 1100-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayarq illik keçiriləcək.

Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi