Nəriman Əbdülrəhmanlı: “Jurnalistika ilə bədii yaradıcılıq bir-birinə ziddir”

Nəriman Əbdülrəhmanlı: “Jurnalistika ilə bədii yaradıcılıq bir-birinə ziddir” "Bizim dövrümüzdəki jurnalistika ilə bugünki jurnalistika tamamilə fərqlidir. İndi jurnalistika o qədər çoxşaxəli, polifonik və sintetik olub ki, baş açmaq mümkün deyil".
Ədəbiyyat
6 Avqust , 2021 12:54
Nəriman Əbdülrəhmanlı: “Jurnalistika ilə bədii yaradıcılıq bir-birinə ziddir”
Nəriman Əbdülrəhmanlı

"Bizim dövrümüzdəki jurnalistika ilə bugünki jurnalistika tamamilə fərqlidir. İndi jurnalistika o qədər çoxşaxəli, polifonik və sintetik olub ki, baş açmaq mümkün deyil".

Bunu "Report”a açıqlamasında yazıçı-publisist Nəriman Əbdülrəhmanlı deyib.

O hesab edir ki, klassik jurnalistika kağız üzərindəki sözlə bağlı idi: “Klassik jurnalistikada hər bir sözə, cümləyə görə məsuliyyət daşıyırdın. Bugünki jurnalistikada isə bu hüdudlar çoxdan pozulub”.

N.Əbdülrəhmanlı jurnalistikanın bədii yaradıcılıq sahəsi ilə yanaşı qoyulmasına da münasibət bildirib. Onun sözlərinə görə, jurnalistin özünəməxsus üslubunun olması vacibdir, ancaq kimsə bunu qəlibləşdirib yaradıcılığa məcbur edə bilməz: “İndi bədii yaradıcılıqla jurnalistikanı bir-birinə qarışdırıblar. Yaradıcılq deyəndə məhz bədii yaradıcılıqdan söhbət getmir. Jurnalist bədii yaradıcılıqla məşğul olmaya da bilər. Hətta mənim fikrimcə, jurnalist bədii yaradıcılıqdan uzaq durmalıdır. Çünki bu iki sahə bir-birinə ziddir. Bədii yaradıcılıq sahəsində olan adam jurnalistika ilə məşğuldursa, deməli öz-özünü məhv edir. Jurnalistika düşüncələri zamanla talayıb yaradıcılığa mane olur. Jurnalist publisist kimi yaradıcı olub, ağzından çıxardığı, kağıza köçürdüyü kəlmələrə görə məsuliyyət daşımalıdır. Bu yaradıcılıq bədii yaradıcılıqla qarışdırılmamalıdır. Jurnalistin şeir, hekayə yazması da olduqca gülünc məsələdir".

 Nəriman Əbdülrəhmanlı
Nəriman Əbdülrəhmanlı

Publisist qeyd edib ki, əksər ixtisaslar kimi jurnalistikanın tədrisində də köklü dəyişikliklər edilməlidir:

“Əvvəlki qayda ilə 5 il boyunca kitab oxumağa ehtiyac yoxdur. Bir ili nəzəriyyənin öyrənilməsinə ayırıb, 3 ili praktik işə həsr etmək lazımdır. Çünki jurnalistika sözdən, yazıdan, praktikadan ibarətdir. Tələbələri azı bir il qəzet redaksiyalarına praktikaya göndərib onlarda yazı qabiliyyətini inkişaf etdirmək vacibdir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi