"Regional İnkişaf" İctimai Birliyi və
“Report” xəbər verir ki, tədbirin əvvəlində 44 günlük müharibədə əldə edilən qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən videoçarx nümayiş olunub.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, Prezident İlham Əliyev hər zaman verdiyi sözə əməl edib, xalqına hansı vədi veribsə, onu sona kimi yerinə yetirib: “Odur ki, gənclər də dövlət başçısının dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək olmalıdır”.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib ki, Azərbaycan tarixində konkret tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində 7 dildə çap olunan ilk nəşrdir: “Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilində tərcüməsi üzərində işlər davam edir”.
“Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları çıxışlarında vurğulayıblar ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi işlərin geniş təhlili verilib. Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılıb.