“Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması buradakı ceyranların gələcək həyatını təhlükəyə qoyur və bu da onların gələcək artımının qarşısını alacaq. Acınohur düzünə 5 ceyran buraxılıb”.
“Report” xəbər verir ki, bu fikirləri zooloq-mütəxəssis Elşad Əsgərov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, birinci ildə ceyranların artımı ləng gedirdi, amma son iki ildə artım sürətlənib və iki dəfə çoxalıb: “Ərazinin tutumu burada daha çox ceyranın yaşamasına imkan verir. Amma ceyranlara mane olan qonşuluqda əkin sahələrinin olmasıdır. Əkin sahələrində kimyəvi maddələrin istifadə edilməsi ceyranların gələcək həyatı üçün təhlükə yaradır. Yaxşı olardı ki, Acınohur düzündə xüsusi mühafizə olunan təbiət ərazisi yaradılsın. Burada milli parkın yaradılması üçün təklif də verəcəyik”.