Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir

Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir.
Ekologiya
16 Oktyabr , 2024 17:03
Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir
Amin Məmmədov

Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir.

"Report" xəbər verir ki, bunu Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə brifinqdə deyib.

O qeyd edib ki, 2023-cu ilin yay aylarında Arazdəyəndə metallurgiya zavodunun tikilməsi ilə bağlı məlumat yayıldı. Bununla bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) tərəfindən birgə etiraz bəyanatı hazırlandı:

"Göstərilən səylərin nəticəsində zavodun tikintisi təxirə salındı. Bundan sonra Azərbaycan vətəndaş cəmiyyəti tarixi Azərbaycan torpaqlarında mövcud durumu öyrənməyi davam etdirdi. Ötən ilin avqust ayında "Azərkosmos" tərəfindən “Environmental protection first" Koalisiyasına təqdim edilən materiallar əsasında məlum olub ki, Ermənistanın Azərbaycanla sərhədə yaxın 20-dən çox bölgəsində əlvan metallar çıxarılır. Bu prosesə əsasən beynəlxalq investorlar cəlb olunur. Nəticədə Qafqazın ekologiyasına ciddi ziyan vurulur. Həmin şirkətlərin əksəriyyəti qlobal səviyyədə ciddi qəbul edilmir. Ona görə bu şirkətlər məsuliyyəti dərk etməli, Qafqazın ekologiyasına ziyan vuracaq layihələrdən çəkinməlidirlər".

A.Məmmədov xatırladıb ki, Böyük Qayıdış proqramı sayəsində keçmiş məcburi köçkünlər Ermənistanla yaxın ərazilərə köçürlər:

"Ona görə də biz əhalinin məruz qaldığı ekoloji təsirlər haqqında araşdırmalarımızı davam etdiririk. Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir. Bu monitorinqdə Azərbaycan tərəfindən mütəxəssislərin iştirakı da vacibdir. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir".

Son xəbərlər

Orphus sistemi