ETSN: Külək gecəyə doğru səngiyəcək

ETSN: Külək gecəyə doğru səngiyəcək Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir
Ekologiya
27 Aprel , 2021 12:58
ETSN: Külək gecəyə doğru səngiyəcək

Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub: "Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20-27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrdir. Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.

U.Tağıyeva bildirib ki, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

Son xəbərlər

Orphus sistemi