Azərbaycan və İsrail ətraf mühitin mühafizəsi ilə bağlı saziş imzalayıb
Azərbaycan və İsrail ətraf mühitin mühafizəsi ilə bağlı saziş imzalayıb Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.
Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında bildirib.
"Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir", - deyə o qeyd edib.
Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohenc imzalayıb.
Ətraf mühitin mühafizəsi sahəsində #Azərbaycan Respublikası Hökuməti və #İsrail Dövləti Hökuməti arasında imzalanmış #Saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.@elicoh1… pic.twitter.com/6P1rKsT6wO