Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib.
Ekologiya
11 Dekabr , 2023 10:18
Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkiyə iqlim dəyişmələri sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin COP 28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib. Ziyarət zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Fatma Varank ilə görüşüb. Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi