Azərbaycanda tinglərin əkilməsi xidməti yaradılıb

Azərbaycanda tinglərin əkilməsi xidməti yaradılıb Azərbaycanda yaşıllıqların bərpası üzrə dünyada geniş yayılmış onlayn ağacəkmə xidməti həyata keçirilməyə başlayıb.
Ekologiya
28 Oktyabr , 2021 12:20
Azərbaycanda tinglərin əkilməsi xidməti yaradılıb

Azərbaycanda yaşıllıqların bərpası üzrə dünyada geniş yayılmış onlayn ağacəkmə xidməti həyata keçirilməyə başlayıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC tərəfdaşlığı ilə həyata keçirilən “Yeni nəfəs” layihəsi ilə bu ilin əkin mövsümündə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən gölü ətrafında xeyli sayda tinglər əkilib.

“Yeni nəfəs” layihəsi ekosistemə faydalı hədiyyələr etməyi və yeninefes.az saytında tinglərin əkilməsini sifariş verməyi təklif edir.

Yeninefes.az vasitəsilə fidan əkilməsi sifarişi həyata keçirənlərə təsdiq sertifikat göndərilir. Tinglər əkildikdən sonra isə sifarişçiyə fidanın dəqiq GPS koordinatları və fotoları göndərilir.

Son xəbərlər

Orphus sistemi