"Azərbaycanda Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq".
"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq və turistlərin gediş-gəlişinə şərait yaradılacaq.