Gürcüstanda Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilən ceyranların populyasiyasının bərpası üzrə birgə layihə uğurla davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata əsasən, Samux vadisində ceyranların artıq yeddinci nəsli dünyaya gəlib və onların ümumi sayı 200-ü ötüb.
Qeyd olunub ki, ceyranların populyasiyasının bərpası üzrə layihəyə 2013-cü ildə başlanılıb. Azərbaycanın Şirvan Milli Parkından 10 ceyran Gürcüstana gətirilib və onilliklər ərzində ilk dəfə tarixi mühitə - Samux vadisinə buraxılıb.
Ceyranların populyasiyasının bərpası gürcü ekoloqların əsas prioritetlərindən biridir.