"Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq".
"Report"un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yeni yaradılacaq qurum qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: "Qurumun ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək".