Bakı çimərliklərində mövcud kvota artırıla bilər

Bakı çimərliklərində mövcud kvota artırıla bilər Bakıda fəaliyyət göstərən çimərliklərdə kvotanın artırılması təhlil olunur.
Ekologiya
9 Avqust , 2020 18:31
Bakı çimərliklərində mövcud kvota artırıla bilər

Bakıda fəaliyyət göstərən çimərliklərdə kvotanın artırılması təhlil olunur.

“Report”un məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib.

O, qeyd edib ki, icra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. 

Qeyd edək ki, BŞİH rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maarifləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə çatdırılır.

Son xəbərlər

Orphus sistemi