Bakıda 10 il əvvəlki yüksək temperatur rekordu yenilənib.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir: "Çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb. Bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib".