Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.
Bu barədə “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq: "Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq".
Xidmət rəisi onu da xatırladıb ki, 2012-ci ilin qışında qeydə alınan mənfi 11 dərəcəlik şaxta ilə 1969-cu ilin rekordu təzələnmişdi: "Belə ki, 2012-ci ildə 14 gün ərzində havanın temperaturu 0 dərəcədən aşağı olub və şaxtalı keçib".