Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Bakıda növbəti ağacəkmə aksiyası keçirilib Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurumun birgə təşkilatçılığı ilə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizə
Ekologiya
29 Yanvar , 2021 16:14
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurumun birgə təşkilatçılığı ilə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin davamı olaraq Bakı şəhərinin Ramana qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

BŞİH-dən "Report"a verilən məlumata görə, aksiyanın məqsədi vətəndaşlar tərəfindən məhv edilmiş və qurudulmuş yaşıllıq zolaqlarının bərpasıdır.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən ərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib, suvarma sistemi quraşdırılıb və 500-dən çox şam ağacı əkilib. Həmçinin İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyən olunub.

Bu kimi aksiyaların mövsümün sonunadək paytaxtın digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.

Son xəbərlər

Orphus sistemi