Balakəndə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Balakəndə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ekologiya
11 Mart , 2023 17:10
Balakəndə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, aksiya zamanı Balakən şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində 200 sərv, 100 Lənkəran akasiyası, 100 Xan çinarı, 50 cökə, 40 palma, 10 həmişəyaşıl palıd, 1000 kol gülü və Zaqatala-Balakən dövlət avtomobil yolunun kənarına 500 kol gülü əkilib.

Aksiyada rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi