İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.