Amerika Birləşmiş Ştatları hökuməti bu il qlobal istiləşmənin vurduğu ziyanı 100 milyard ABŞ dolları dəyərində qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Nyu-Cersi ştatında çıxış edən ABŞ prezidenti Cozef Bayden bəyan edib.
Onun sözlərinə görə, Nyu-York və Nyu-Cersi ştatlarına ziyan vuran “İda” qasırğası iqlim dəyişikliyi nəticəsində yaranıb.
“Federal hökumət təxminən 30 000 ştat sakininin yardımla bağlı müraciətini təsdiqləyib. Onların ehtiyaclarının qarşılanması üçün 150 milyon dollar ayırılıb. 2010-2020-ci illər arasında bu ştatda 24 ekstremal hava hadisəsi baş verib”.